Türkmənistanda “Azəbaycan mətbəxi və mədəniyyəti” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin təşkilatçılığı ilə Aşqabadın ən prestijli məkanlarından sayılan “Mandarin” restoranında “Azəbaycan mətbəxi və mədəniyyəti” adlı tədbir keçirilib.

xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı Səfirliyi məluamat yayıb.

Tədbirdə Türkmənistanda akkreditə olunmuş bir sıra xarici diplomatik missiyaların rəhbərləri və nümayəndələri, eləcə də ictimaiyyət təmsilçiləri və
Türkmənistanda yaşayan azərbaycanlılar iştirak edib. Milli mətbəximizin ləziz yemək və şirniyyatları təqdim olunub, Azərbaycan milli musiqi nümunələri səsləndirilib və rəqs nömrələri göstərilib. Həmçinin ölkəmizi tərənnüm edən video-sujetlər nümayiş olunub.

Eyni zamanda tədbirdə ölkəmizin tarixi, mədəniyyəti, incəsənətini səciyyələndirən suvenirlər və Azərbaycan məhsulları nümayiş etdirilib. Tədbirdə Azərbaycanla bağlı müsabiqə keçirilib və qaliblərə ölkəmizlə bağlı hədiyyələr təqdim olunub.

Share: