Türkiyənin təşəbbüsü ilə müqəddəs kitablarla bağlı BMT qərarı UNESCO-ya əlavə edilib

Türkiyənin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) müqəddəs kitablarla bağlı qərarı UNESCO-nun qərarına əlavə edilib.

TRT Haber-ə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının qətnaməsi müqəddəs kitablara qarşı cinayətləri beynəlxalq hüququn pozulması kimi qiymətləndirir.

Bu qətnamə bundan sonra BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) irqçilik, ayrı-seçkilik və nifrətlə bağlı qətnaməsində də öz əksini tapacaq.

Xatırladaq ki, 2023-cü ilin iyulunda BMT Baş Assambleyası Mərakeşin təqdim etdiyi qətnaməni yekdilliklə qəbul edərək, dini inanclarına görə insanlara, müqəddəs kitablara və dini yerlərə qarşı hər cür zorakılığı beynəlxalq hüququn pozulması kimi tanıyıb.

Share: