Türkiyənin məşhur modelyeri saxlanıldı

Türkiyəli məşhur modelyer Barbaros Şansal İstanbul hava limanında saxlanılıb.

Kulis.az xəbər verir ki, Şansal günorta saatlarında Türk Hava Yollarına (THY) məxsus təyyarə ilə Ercandan İstanbul Hava Limanına gəlib.

Türkiyəyə daxil olmaq üçün pasport nəzarəti məntəqəsinə gələn modelyerin üzərində axtarış aparılıb və Şansal polislər tərəfindən saxlanılıb.

Modelyer dövlətin ədliyyə orqanlarını, ordunu və ya polisi açıq şəkildə təhqir etdiyinə görə polis bölməsinə aparılıb.

Share: