Türkiyəli məşhur aktyor zəlzələnin onu sarsıtdığını dedi: “Depressiyaya düşdüm”

“Deli yürek”, “Gülbeyaz”, “Aliye”, “Barda”, “Kış uykusu”, “Kaybedenler kulübü”, “Bodrum masalı” və “Behzat Ç.” kimi layihələrdə yer alaraq adından söz etdirən məşhur türkiyəli aktyor Nejat İşler ötən axşam Cihangirdə bir məkanda dostları ilə görüşüb.

Fotolarının çəkilməsini istəməyən Nejat İşler həmçinin danışmaq istəyində olmadığını da bildirib. Lakin daha sonra fikrini dəyişib və jurnalistlərlə söhbət edib.

“Dostlar, zəlzələ səbəbindən əhvalım olduqca pozulub. Bu zəlzələ məni depressiyaya saldı. Madam ki, bu qədər gözləmisiniz, o zaman şəkil çəkə bilərsiniz. Amma daha sonra gözləməsəniz, sevinərəm”, – deyə o qeyd edib.

Aktyor daha sonra dostları ilə söhbətinə davam edib.

Mənbə: Haber Global

Share: