Türkiyəli hərbçilər liviyalı pilotlara təlim keçəcəklər

Türkiyə milli müdafiə naziri Hulusi Akarla Liviyanın müdafiə naziri Əbdülhəmid Dibeybe iki ölkə arasında hərbi əməkdaşlıq sahəsində müqavilə imzalayıblar.

İki ölkə naziri İstanbulda təşkil edilən “Saha Expo 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisində bir araya gəliblər.

Daha sonra tərəflərin bağlı qapılar arxasında təkbətək görüşü olub.

Görüşdən sonra Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama ilə çıxış edib.

Açıqlamada qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri Liviyanın hərbi pilotlarına təlim keçəcək. Müvafiq razılıq Türkiyə ilə Liviyanın müdafiə nazirləri arasında baş tutan görüşdə əldə edilib.

Mənbə: Msn.com

Share: