Türkiyəli araşdırmaçı, şair-ozan,  BATTAM-ın başkanı Özkan Hüseyinlə görüş keçirildi

2019-cu ilin oktyabr ayının 3 – də Abşeron rayon Mərkəzi Kitabxanasında böyük Turançı, araşdırmaçı, şair-ozan, BATTAM-ın (Batı Trakya Türkləri Araşdırma Mərkəzi ) başkanı Özkan Hüseynlə görüş keçirildi və  ona təqdim olunacaq dünya mədəniyyət və barışına elədiyi xidmətə görə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən Uluslararası Ödül Birliyinın (UNKOPA) “Avropa Ali Xidmət ordeni” nin təqdimatı keçirildi.  Görüşdə şair və yazıçılar, mərkəzi kitabxananın işçiləri, oxucular, eləcə də müxtəlif təşkilat və qurumların mediya nümayəndələri iştirak etdilər.

Görüşü giriş sözüylə açan kitabxananın direktoru, tanınmış şair Məlahət Yusifqızı Özkan Hüseyinin həyat və mübarizə yolundan, türk dünyası üçün göstərdiyi xidmətlərdən söz açmışdır. O bildirmişdir ki, Özkan Hüseyinin adı artıq bizlərə çoxdan tanışdır. Dəfələrlə Bakıda qonaq olmuş və bizim mərkəzdə  görüşləri keçirilmişdir. Hamımıza məlumdur ki, araşdırmaçı şair –ozan Özkan Hüseyin çox çətin və mübariz bir həyat yolu keçmişdir.  Özkan bəy bir daha sübut elədi ki, Türklər  harda olursa-olsun öz  dilinə, mədəniyyətinə, adət-ənənələrinə sadiq çıxır və onu inamla yaşadır.

Medalı Özkan Hüseyinə təqdim etmək üçün söz “Vektor” Beynəlxalq Elmlər Akademiyasının prezidenti, Azərbaycan Texniki Universitetində “Metrologiya və standartlaşdırma” kafedrasının müdiri, Texnika və Filologiya Elmləri Doktoru, Professor, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Avropanın Fəxri Alimi, Mədəniyyət Səfiri, şair Elçin İsgəndərzadəyə verildi. O, Özkan Hüseyini uzun illər öncə tanıdığından, onun mücadilə yolunun şahidi olduğundan söz açdı. Elçin İsgəndərzadə  bildirdi ki, Özkan Hüseyinin tolerantlıq, sülh və  ədalət yolunda  apardığı işlər olduqca diqqətəlayiqdir. “ Mən, Yunanıstan türklərinin  yaşayış tərzi, mədəniyyəti, adət-ənənələri ilə tanışam. Onların milli dəyərləri, adət-ənələri, dil və mədəniyyətlərinin qorunması yolunda Özkan Hüseyinin apardığı mücadilə bir qəhrəmanlıq savaşıdır. Bu yolda onun necə çətinliklərlə rastlaşması, böyük əzmlə, iradəylə mübarizə aparması öz layiqli qiymətini almışdır. İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən UNKORA (Beynəlxalq  Mükafatlar Birliyi) Özkan Hüseyini olunan  DÜNYA MƏDƏNİYYƏTİNƏ VƏ SÜLHƏ  Göstərdiyi XİDMƏTLƏRƏ GÖRƏ  “Avropa Ali Xidmət Ordeni”  (qızıl medal)  ilə təltif etmişdir. Və biz bu önəmli mükafatı Özkan bəyə Bakıda verməyi qərara aldıq”. Sonra Elçin İsgəndərzadə medalı Özakan Hüseyinə qədim etdi.

Tədbirdə şıxış edən şair Şəfəq Sahibli də Özkan Hüseyinin türkçülük yolunda göstərdiyi xidmətlərdən  söz açdı, bildirdi ki, onun haqqında yazılan çoxsaylı məqalə və bədii nümunələri, eləcə də Azərbaycanda onunla keçirilən müxtəlif görüşlərdən hazırlanan reportajları “Türkün səsi və sözü” adlı kitabda topladıq.  Bu, Özkan bəyin əməyinə bizim tərəfimizdən verilən qiymətdir.

Yazıçı Narıngül də çıxış edərək bildirdi ki, Özkan Hüseyinin şair və aşıq kimi də fəaliiyəti də diqqətçəkəndir. Özkan bəyin ifa etdiyi mahnılarda bir hayqırtı, vətən sevgisi, qürbət yanğısı hiss olunur.

Tədbirdə İlqar Türkoğlu, Hüseyn Sözlü, Arzu Nehrəmli, Balayar Sadiq, Pəri Muradova, Mafilə Müntəzir, Səmayə Güləliqızı, Azad Qəlbinur, Aləmzər Sadıqqızı, Xalid Laçınlı, Esmira Məmmədli, Aygün Hüseyn, Mütalib Tahiroğlu, Vüsal Ağayev, Əzizə Ağahüseynqızı, Elmira Aslanxanlı, Mübariz Qəzənfəroğlu, Xəlil Əhmədəliyev və b. şıxış edərək Özkan Hüseyini təbrik etdilər və ona öz arzularını bildirdilər.

Tədbirin sonunda çıxış edən Özkan Hüseyin, Professor Elçin İsgəndərzadəyə və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.

Narıngül

Share: