Türkiyəli aktyor vəfat etdi

Türkiyəli aktyor Vedat Özkök vəfat edib.

Kulis.az xəbər veirr ki, aktyor 80 yaşında dünyasını dəyişib. Bu barədə sənətçinin fəaliyyət göstərdiyi dövlət teatrının baş direktoru Mustafa Kurt məlumat yayıb.

13 yanvar 1943-cü ildə Tunceli-Hozatda anadan olan sənətçi 1965-ci ildə Dövlət Teatrlarında fəaliyyətə başlayıb. 43 il dövlət teatrlarında xidmət edən Özkök 2008-ci ildə İzmir Dövlət Teatrından təqaüdə çıxıb.

Aktyor “İstanbul efendisi”, “Ayakta durmak istiyorum”, “Deli İbrahim”, “Küçük şehir”, “Sarı Naciye”, “Sacide, Fatih”, “Mete”, “Yunus Emre”, “Uçarı”, “Lodos”, “Koçyiğit Köroğlu”, “Çıkmaz”, “Cimri” kimi teatr səhnələrində rol alıb.

Vedat Özkök hayatını kaybetti

Share: