Türkiyədən ABŞ-ı ŞOKA SALACAQ ADDIM – Vaşinqtonu dəliyə döndərəcək fakt

Türkiyə Rusiyadan alınacaq S-400 zenit-raket kompleksləri üçün meydançanın tikintisinə başlayıb.

Publika.az xəbər verir ki, bu haqda peyk şəkilləri ilə tanış olmuş mənbəyə istinadən CNBC telekanalı bildirib.

Kanal qeyd edir ki, beləliklə Ankara bu silah sistemlərinin alınması haqqında ABŞ-ın xəbərdarlıqlarının əksinə hərəkət etməyə davam edir. Kanalın mənbəyinin sözlərinə görə, beton örtüyu və bunkerlərlə raket poliqonunun peyk şəkillərinin olduğu məruzə bir ay əvvəl hazırlanıb.

Qeyd edək ki, S-400 komplekslərinin çatdırılması haqqında Moskva və Ankara arasında razılaşma 2017-ci ildə imzalanıb. ABŞ müqavilə ilə bağlı narazılığını dəfələrlə ifadə edib və Türkiyəni sanksiyalarla, həmçinin F-35 beşinci nəsil Amerika qırıcılarının çatdırılmasının qadağan edilməsi ilə hədələyib.

ABŞ-ın təhdidlərinə cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara S-400-dən imtina etməyəcək və F-35-lərin əldə edilməsinə qadağa tətbiq olunacağı halda, Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcək.

Güman edilir ki, S-400 sistemləri 2019-cu ildə Türkiyəyə daxil olacaq və 2020-ci ildə döyüş tətbiqinə hazır olacaq.

Məlumatlara görə, S-400 ABŞ istehsalı THAAD raket komplekslərinin hərəkət radiusu üzrə üstələyir.

Xatırladaq ki, avqustun 13-də ABŞ prezidenti 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) ölkənin müdafiə büdcəsini təsdiqləyib. Müdafiə büdcəsi layihəsinə F-35 beşinci nəsil qırıcılarının Türkiyəyə çatdırılmasının təxirə salınması da daxil edilib.

Büdcə layihəsinə görə, Türkiyənin F-35 proqramından tamamilə çıxarılıb-çıxarılmayacağı barədə yekun rəyin yer alacağı hesabat tamamlanana qədər qırıcıların çatdırılması təxirə salınacaq. ABŞ-ın Müdafiə Nazirliyi Dövlət Departamenti ilə məsləhətləşərək 90 gün ərzində Türkiyə və ABŞ əlaqələrinin hazırkı vəziyyətinə dair hesabat hazırlamalıdır. Hesabatda Türkiyənin F-35 proqramından çıxarılmasının iki ölkə arasındakı münasibətlərə və ABŞ sənayesinə təsiri qiymətləndiriləcək.

Türkiyəyə F-35-lərin çatdırılmasının təxirə salınmasına səbəb olaraq Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması və amerikalı rahib Endyu Branson da olmaqla, bəzi Amerika vətəndaşlarının Türkiyədə saxlanılması göstərilir.

Qeyd edək ki, F-16 vǝ F-18 kimi döyüş təyyarələrindən dörd qat daha təsirli olduğu bildirilǝn F-35-lǝrin həm havadan havaya, həm də havadan quruya hücum qabiliyyəti var. Radara yaxalanmama xüsusiyyətinə malik yeni nəsil təyyarələrin 1990-ci ildə dizaynı hazırlanıb, sonra isǝ ABŞ və İngiltərənin rəhbərlik etdiyi konsorsium tərəfindən istehsal edilib.

Türkiyənin 2002-ci ildə daxil olduğu layihənin digər ortaqları isə Kanada, Avstraliya, Kanada, Danimarka, İtaliya, Hollandiya, Norveç, İngiltərə və Almaniyadır. İsrail, Yaponiya və Cənubi Koreya da konsorsiumun təyyarələrindən alacaq.

Share: