Türkiyədəki diplomatik missiyaların təhlükəsizlik tədbirləri gücləndiriib

“Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Ankaradakı səfirliyinin binasının atəşə tutulmasını qətiyyətlə pisləyir”. “Anadolu” xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy deyib.

“ABŞ-ın Ankaradakı səfirliyinin və digər diplomatik missiyaların, eləcə də diplomatik nümayəndəliklərin əməkdaşlarının təhlükəsizlik tədbirləri gücləndirilib”, – Hami Aksoy bildirib.

Onun sözlərinə görə, müvafiq qurumlar cinayətkarların və hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üzərində çalışırlar.

Qeyd edək ki, dünən gecə naməlum şəxslər ABŞ-ın Ankaradakı səfirliyinin binasını atəşə tutub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Share: