Türkiyədəki bələdiyyə seçkiləri demokratiyanın təzahürüdür

Millətin iradəsi seçki qutusunda təzahür edir, seçki qutusu ilə siyasətçilərə mesajını çatdırır.

xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxış zamanı deyib.

“Nəticələrdən asılı olmayaraq, bu seçkinin qalibi bizim demokratiyamız və milli iradəmizdir. Türkiyədəki bələdiyyə seçkiləri demokratiyanın təzahürüdür. Seçki qutusunun gücünü gücləndirən hər kəs qalib gəlib. Təəssüf ki, seçki imtahanında istədiyimiz və ümid etdiyimiz nəticəni əldə edə bilmədik. Son 2 ayda 52 fərqli şəhərdə oldum, xalqımla bütünləşdim. Nəticə budur, baş verən hər şeydə bir xeyir var”, deyə Ərdoğan qeyd edib.

Share: