Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 mini keçdi

Fevralın 6-da Türkiyədə baş vermiş ardıcıl güclü zəlzələlər nəticəsində ölənlərin sayı 50 mini keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFAD sədri Yunus Sezer bildirib.

O, ölənlərin sayının 50 096 nəfərə çatdığını açıqlayıb.

Qeyd edək ki, zəlzələ nəticəsində qonşu Suriyada da güclü dağıntı və böyük tələfat qeydə alınıb.


Share: