Türkiyədə zəlzələ bölgəsində 227 mindən çox bina zərər çəkib

Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum 6 fevralda baş verən zəlzələlərdən təsirlənən vilayətlərdə 1 milyon 728 min binanın yoxlanıldığını və 227 min 27 binanın uçulduğu, zədələndiyini və təcili olaraq sökülməsi lazım olduğunun müəyyən edildiyini bildirib.

O, 7 mindən çox personalın olduğu 11 bölgədə qiymətləndirmə işlərinin davam etdiyini ifadə edib.

Respublika tarixinin ən böyük mənzil tikintisi səfərbərliyi çərçivəsində 11 vilayətdə eyni vaxtda işlərin aparıldığını xatırladan Kurum təkcə Kahramanmaraşda 88 min 500 mənzil və 18 min 874 kənd evi inşa ediləcəyini bildirib.

Onun sözlərinə görə, Qaziantepdə 4442 mənzil və 400 kənd evi, Adıyamanda 854 mənzil və 250 kənd evi, Kilisdə 264 mənzil, Hatayda 296 mənzil və 4 kənd evi, Şanlıurfada 1590, Şanlıurfada 300, Malatyada 2 min 420 və Osmaniyədə isə 13 min 866 mənzil inşa ediləcək.

Mənbə: Anadolu

 

Share: