Türkiyədə yenə həyəcan – İnsanlar səhəri küçələrdə açdı – VİDEO

Bu gecə Türkiyədə yenə güclü zəlzələ baş verib.

Bu barədə Avropa Akdeniz Seysmoloji Mərkəzi məlumat yayıb.

Verilən məlumata görə, ilk yeraltı təkanlar Türkiyə vaxtı ilə 02:32-də, 4,5 bal gücündə qeydə alınıb. Daha sonra ikinci dəfə 4,2 bal gücündə zəlzələ baş verib.

Təbii fəlakətin qorxusundan insanlar küçələrə axışıb və evlərinə qayıtmayıblar.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Elazığda baş verən zəlzələ nəticəsində 41 nəfər ölüb, 2 mindən çox insan yaralanıb.(BAKU.WS)

Müstəqil.Az

Share: