Türkiyədə üzən otel fəaliyyət göstərəcək

Müstəqil.Az “Seanews.az” -a istinad edərək xəbər verir ki, layihə Van vilayətinin Edremit rayon bələdiyyəsinə aiddir. Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi layihəni təsdiq edib. Layihəyə görə, üç mərtəbəli gəmi-otelin tikintisinə iki milyon türk lirəsi (təxminən 300 min ABŞ dolları) vəsait ayrılacaq. Bildirilir ki, gəmi-oteldə otelçilik və turizmçilik sahəsinin mütəxəssisləri müştərilərə birgə xidmət edəcəklər.

Müstəqil.Az

Share: