Türkiyədə uşaq ədəbiyyatına aid kitab çap olundu

Türkiyədə Azərbaycan uşaq ədəbiyyatına dair kitab işıq üzü görüb.

Kulis.az xəbər verir ki, “Nokta Yayınevi”ndə çap olunan “Azerbaycan Çocuk Edebiyatından Seçme Eserler” adlanan kitabda XX əsrin əvvəllərindən başlamış çağdaş dövrümüzədək olan zaman kəsimində yazıb-yaradan ədiblərin vətənə, bayrağa, istiqlala, hürr və azadlıq duyğularına həsr olunmuş məfkurə yönümlü şeir, hekayə və pyesləri yer alıb. Kitabdakı mətnlərin tərtibçisi və “Azərbaycan uşaq ədəbiyyatında məfkurə” adlı ön sözün müəllifi filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimova, Türkiyə türkcəsinə uyğunlaşdıranı və redaktoru bilim uzmanı, Doç.Dr. Yaşar Sözendir.



Kitab “Şuşa ili” çərçivəsində Şuşanın 270 illiyinə və “Oğuzun alp yürekli çocuklarına” həsr olunmuşdur. Əsas məram Türkiyə və Azərbaycan arasında birgəlik və əməkdaşlıq əlaqələrini gücləndirmək, eyni zamanda sağlam ruha, milli şüur və mənəviyyata, mənəvi-əxlaqi dəyərlərə sahib olan gələcək nəslin yetişməsində müəyyən missiya daşıyıcısı olmaqdır.

Share: