Türkiyədə torpaq sürüşdü – Kənd boşaldılır

Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunun Ormanlı kəndi ərazisində torpaq sürüşməsi baş verib.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, aramsız yağışlar nəticəsində yaranan sürüşmə 55 evin olduğu kənd əhalisində ciddi təşviş yaradıb. Artıq 15 ailə kəndi tərk edib.

Yerli KİV-lərin yaydığı məlumata görə, dağ yamacında yerləşən Ormanlıdakı evlərin əksəriyyətində böyük çatlar əmələ gəlib. Yerli rəhbərlik əhalini köçürülməsi üçün aidiyyəti qaydada müraciət edib.

Share: