Türkiyədə saxlanılan İŞİD üzvlərindən xeyli sayda silah götürülüb

Türkiyənin Suriya ilə sərhədində yerləşən Şanlıurfa bölgəsinin Akçakale rayonunda saxlanılan 3 əcnəbi vətəndaşdan 69 ədəd tapança götürülüb.

Ölkənin təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan şəxslərin İŞİD terror qruplaşmasının üzvləri olduğu müəyyənləşib.

Məlum olub ki, terrorçular Türkiyə ərazisinə qeyri-qanuni yolla keçiblər.

Müstəqil.Az

Share: