Türkiyədə sərnişin avtobusu aşdı — 6 ölü, 36 yaralı

Türkiyədə ağır avtobus qəzası baş verib.

“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Afyonkarahisarın Dinar rayonu yaxınlığında baş verib.

Sərnişin avtobusunun aşması nəticəsində 6 nəfər ölüb, 36 nəfər isə yaralanıb.

Məlumata görə, avtobus Diyarbakırdan Bodruma doğru hərəkət edirmiş.


Share: