Türkiyədə prezident seçkilərinin ikinci turu başladı

rkiyəbu n yenidən prezident seçkiləri keçirilir.

“Qafqazinfo” xəbər verir ki, yerli vaxtla 08:00-da seçki məntəqələri açılıb. 

Səslər 60 milyon 721 min 745 seçici üçün yaradılmış 191 mindən çox seçki qutusunda veriləcək.

Prezident postu uğrunda 2 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə müxalifətinin vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğludur.

Seçki Ankara vaxtı ilə 17:00-da başa çatacaq.


Share: