Türkiyədə ötən ilin ən populyar adları açıqlandı

Türkiyədə 2022-ci ildə yeni doğulan 1 022 737 körpə qeydə alınıb.

Onlara ad seçrkən valideynləri oğlanlar üçün Alparslan, qızlar üçünsə Zeynəb adına üstünlük veriblər.

Belə ki, 2022-ci ildə doğulan 8 366 oğlana və 8 870 qıza məhz həmin adlar verilib.

Həmçinin populyar oğlan adları arasında Yusif, Miraç, Göktuğ, Ömər Asəf, Eymen, Aras, Ömər, Mustafa və Əli Asəf adları da var. Qızlar arasında isə Dəfnə, Asel, Zümra, Elif, Asya, Azra, Nehir, Eylül və Ecrin adları daha çox populyardır.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin Əhali və Vətəndaşlıq Məsələləri Baş İdarəsinin məlumatına görə, 2022-ci ildə ölkədə 15 836 əkiz, 373 üçəm, 7 dördəm və 1 beşəm dünyaya gəlib.

Mənbə: TRT

Share: