Türkiyədə mikroavtobus yük maşını ilə toqquşdu: 25 nəfər yaralandı

Afyonkarahisarın Əmirdağ rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus və yük maşını toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 25 nəfər xəsarət alıb. Yaralılar təcili yardım qrupları tərəfindən Əmirdağ Dövlət Xəstəxanasına aparılıb.

Hadisənin səbəbləri açıqlanmır.

Hazırda qəzanın baş vermə şəraiti araşdırılır.

Mənbə: TRT

Share: