Türkiyədə mikroavtobus avtomobillə toqquşdu — Çox sayda yaralı var

Türkiyənin Şanlıurfa şəhərinin Siverek rayonunda mikroavtobusun avtomobillə toqquşması nəticəsində qəza baş verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı Ercan Yıldırımın idarə etdiyi avtomobil Siverek – Şanlıurfa avtomobil yolunda mövsümi əkinçilik işçilərinin olduğu 21 yaşlı Mahsun İrisin idarə etdiyi mikroavtobusla toqquşub.

Qəzada 16 nəfərin xəsarət aldığı bildirilib.

Yaralılar Siverek Dövlət Xəstəxanasına aparılıb.


Share: