Türkiyədə meşə yanğını davam edir — Yenilənib

00:21

Türkiyənin Antalya şəhərinin Alanya bölgəsində meşəlik ərazidə yanğın baş verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, naməlum səbəbdən baş verən yanğına qurudan çox sayda yanğınsöndürmə qrupları müdaxilə edir.

Alanya Meşə Əməliyyat Müdiri Yücel Sönməz bölgənin çox qayalıq və sıldırım olması səbəbindən yanğının söndürülməsində çətinlik çəkdiklərini bildirib:

“Antalya Böyükşəhər Bələdiyyəsi Alanya xilasetmə bölməsi və Alanya Meşə Müdirliyinə aid bütün qruplar əraziyə çıxarıldı”, – deyə o əlavə edib.

09:14

Alanya bölgəsində 4 ayrı ərazidə başlayan meşə yanğını ilə mübarizə davam edir.

Yanğının hazırda qismən nəzarət altına alındığı bildirilir. Bununla yanaşı, yanğın bölgəsinə yaxın ərazilərdə yaşayan sakinlər təxliyə edilib.


Share: