Türkiyədə kitab oxuma vərdişi… — Harada, nə qədər oxuyurlar?

Türkiyədə insanların kitab oxuma vərdişləri araşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, “WALL-Areda” bunu 1100 nəfərin iştirakı ilə keçirib. 

Məlum olub ki, oxucuların əksəriyyəti kitablarını evdə oxuyur. Digərləri isə ictimai nəqliyyat, məktəb və  kitabxanada oxuyurlar.

Araşdırmaya görə, oxucuların 88,4 faizi çap, 6,7 faizi elektron, 4,8 faizi isə audio kitablara üstünlük verirlər. Eyni zamanda insanların 9,4 faiz isə ümumiyyətlə kitab almır.


Share: