Türkiyədə ilk səyyar “ASAN xidmət” yekunlaşıb

Türkiyədə ilk “Səyyar ASAN xidmət” yekunlaşıb.

Bu barədə “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, 30 avqust – 4 sentyabr 2022-ci ildə Türkiyə Respublikasının Samsun şəhərində Aerokosmik və texnologiya festivalı (TEKNOFEST) günləri çərçivəsində Türkiyədə yaşayan azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə “Səyyar ASAN xidmət” avtobusu vasitəsilə xidmət göstərilib. Bu müddətdə 400-ə yaxın vətəndaşımızın işi asanlaşıb.
 
Xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobus vasitəsi ilə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi  və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi kimi xidmətlər göstərilib.
 
Ölkə xaricində ilk dəfə gerçəkləşən “Səyyar ASAN xidmət” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “ABB” ASC-nin maliyyə tərəfdaşlığı ilə təşkil olunub.
 
“Səyyar ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Share: