6 sentyabr Dünya Kitab Oxuma Günüdür!

Bu münasibətlə bütün kitab sevərləri və oxucuları təbrik edirəm!
Kitab oxumaq insanı sosial və peşəkar sahədə müsbətə doğru dəyişən olduqca faydalı məşğuliyyətdir. Bəs hər gün ən azı 10 səhifə kitab oxumağın sağlamlığımıza nə kimi faydaları var?
1. Yaddaşı gücləndirir. Hər dəfə kitab oxuyanda oxuduğunuz hadisələr beynimizdə yeni çığırlar açır və əlaqələr yaradır. Araşdırmalara görə, kitab oxumaq beynin yavaşlamağını gecikdirir.
2. Depresiyadan xilas edir. Bir çox insan Depresiyanın təkcə psixoloji yox, həm də hormonlar tərəfindən yaradılan fiziki xəstəlik olduğundan xəbərsizdir. Depresiyada olan şəxslər çarpayını toplamaq, saçını daramaq kimi gündəlik işləri görməyə belə özlərində güc və həvəs tapa bilmirlər. Maraqlı bir kitabı hər gün oxumaq insana yenidən “bacarmaq” hissini aşılayır və depresiyadan çıxmağa kömək edir.
3. Stressi azaldır. 2009-cu ildə ABŞ-ın Sasseks universitetində aparılan araşdırmaların nəticəsi göstərir ki, kitab oxumaq stresi azaldır. Gərgin bir iş günü keçirirsinizsə, əlinizə bir kitab alın və oxumağa başlayın.
4. Yuxusuzluğu aradan qaldırır. Bu o demək deyil ki, yuxunuz gəlməyəndə yatmaq üçün kitab oxumalısınız. Əksinə, bir gün yox, davamlı kitab oxumaq əsəbləri sakitləşdirir və yuxu rejimini qaydaya salır.
5. Beyni gücləndirir. Necə ki, uzun müddət idmanla məşğul olan insanların bədəni möhkəm olur, yeni hərəkətləri asanlıqla icra edirlər, kitab oxumaq da beynimizdə müxtəlif nevroloji cığırlar açır, yeni məlumatları daha tez qavrayırıq.
Tək bugün yox, hər gün kitab oxuyaq!

İlin gənci-Vüsal Baloğlanov

Share: