Türkiyədə ikimərtəbəli bina çökdü: yaralılar var- VİDEO

Türkiyənin Malatya vilayətində ikimərtəbəli bina çöküb.

Müstəqil.az xəbər verir ki, binanın uçması nəticəsində 14 nəfər xəsarət alıb.

Malatya əyalətinin valisi Aydın Baruş dağıntılar altında 10-15 nəfərin qaldığını bildirib.

Məlumata əsasən, hadisə Yeşilyurt rayonunda baş verib. Baş verən çökmənin səbəbi məlum deyil.

xxx

20:13

Türkiyənin şərqindəki Malatya şəhərində çökən köhnə binanın dağıntıları altından daha 2 nəfər çıxarılıb.

 

Bununla da dağıntılar altından çıxarılan yaralıların sayı 13-ə çatıb.

xxx

18:55

Xəbər verdiyimiz kimi, Türkiyənin şərqindəki Malatya şəhərində bina çöküb.

Müstəqil.az “TRT Haber”ə istinadla xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 9 nəfər dağıntılar altından çıxarılıb.

Hadisə yerinə cəlb edilən xilasetmə qüvvələri axtarış işlərini davam etdirirlər.

Əlavə məlumat veriləcək.

xxx

18:24

Türkiyənin şərqindəki Malatya şəhərində bina çöküb.

Müstəqil.az xəbər verir ki, bu barədə İHA-ya istinadən xəbər verir.

Dağıntılar altından 8 nəfər yaralı halda çıxarılıb. Məlumata görə, hələ də dağıntılar altında qalanlar var.

İnönü küçəsində yerləşən binanın naməlum səbəbdən uçduğu deyilir.

Hadisə yerinə çoxlu sayda xilasetmə qüvvələri, polis və tibbi qruplar cəlb edilib.

Share: