Türkiyədə güclü zəlzələ… Əhali təşvişdə

Türkiyənin Elazığ şəhərində 5,2 bal gücündə zəlzələ baş verib. Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələnin episentri yer səthinin 2,8 kilometr dərinliyində qeydə alınıb.

 

Yeraltı təkan Malatyada da hiss edilib. Əhali təşvişlə küçələrə qaçıb.

 

İlkin məlumatlara görə, dağıntı və tələfat yoxdur.

Share: