Türkiyədə fahişəlik edən azərbaycanlı qadınlar belə yaxalandı – VİDEO

Türkiyə polisi fahişəliklə mübarizə çərçivəsində nöbəti dəfə əməliyyat keçirib. Əməliyyat Türkiyənin Karabük şəhərində baş tutub.

Müstəqil.Az GoldNews.az-a istinad edərək xəbər verir ki, basqın zamanı Azərbaycan vətəndaşları nəzarətə alınıb və ölkədən çıxarlılıb.

Belə ki, Azərbaycan əsilli Z.M. adlı qadının yaşadığı ünvana basqın edilən zaman daha 5 nəfəs saxlanılıb.

Onlardan 2 nəfərin müştəri olduğu bəlli olub.

Araşdırmalar zamanı məlum olub ki, M.İ., L.İ. və U.M. adlı 3 azərbaycanlı qadınlar ev sahibi Z.M tərəfindən 100 tl qarşılığında fahişəliyə cəlb olunur. Həmin 3 qadın Türkiyəyə qeyri-qanuni yolla daxil olub.

İfadələri alındıqdan sonra müayinədən keçirilən 4 azərbaycanlı qadın ölkədən xaric edilib.

Müstəqil.Az

Share: