Türkiyədə Azərbaycana növbəti dəstək aksiyası keçirildi – FOTO

Türkiyənin Eskişehir şəhərində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərlə bağlı dəstək aksiyası keçirilib.

Oxu.Az xəbər verir ki, əsasən, yerli və azərbaycanlılar başda olmaqla, bir sıra dövlətlərdən olan tələbə və şəhərdə yaşayan gənclərdən ibarət 100-dən çox vətəndaşın qatıldığı dəstək yürüşü zamanı “Eskişehir Azərbaycanlıları Dərnəyi”nin sədri Cavid Aydın çıxış edərək ermənilərin törətdiyi qanlı faciələrdən bəhs edib.

Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayan C.Aydın qeyd edib ki, BMT, ATƏT və digər qurumlar Ermənistanın işğalçılıq siyasətinə göz yumur, müvafiq qətnamələrin icrasını tam tələb etmirlər. Çıxış zamanı beynəlxalq təşkilatlardan Ermənistanı işğalçılıq siyasətinə son verməyə çağırmaları tələb edilib.

 

Müstəqil.Az

Share: