Türkiyədə avtobus qəzasında 42 nəfər yaralandı — Video+Foto

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Avcılar Şükrübey dayanacağı yaxınlığında baş verən qəzada 4 avtobus toqquşub.

İstanbul valisi Əli Yerlikaya qəzada 42 nəfərin yaralandığını açıqlayıb.

Qəza səbəbilə hadisə yerinə çoxlu sayda qruplar sövq edilib.

Hadisə yerində xilasetmə işləri davam edir.


Share: