Türkiyədə ağır avtobus qəzası — Ölən və yaralananlar var

Türkiyənin Kayseri şəhərinin Pınarbaşı bölgəsində sərnişin avtobusunun aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 24 nəfər yaralanıb.

Bölgəyə çox sayda sağlamlıq, xilasetmə, jandarma və polis qrupları göndərilib.

Qəzada 3 nəfərin hadisə yerində, 1 nəfər isə aparıldıqları xəstəxanada dünyasını dəyişdiyi, müalicə alan 24 nəfərdən 3-nün vəziyyətinin ağır olduğu bildirilir.


Share: