Türkiyə XİN Xankəndidəki partlayışla bağlı başsağlığı verib

“Azərbaycanın Xankəndi şəhərində sentyabrın 25-i yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində çox sayda insanın həyatını itirməsini, yüzlərlə insanın isə ağır yaralanmasını dərin kədərlə öyrəndik”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. 

“Bu kədərli hadisə səbəbindən həlak olanların yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik. Türkiyə ehtiyac yarandığı halda lazımi yardımı göstərməyə hazırdır”, – deyə məlumatda qeyd olunub.

 


Share: