Türkiyə sərhədlərində ABŞ əsgərlərinə DƏHŞƏTLİ HÜCUM: 5 ölü

Bu gün Suriyanın Münbiç şəhərinin mərkəzində yerləşən Kasr Əl-Umara restoranında böyük bir partlayış baş verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, ən azı 5 Amerika əsgəri ölüb.

Yaralıların da olduğu bildirilir. Partlayış zamanı orada 15-ə qədər Amerika əsgəri olub.

Patlayışdan sonra PYD terror təşkilatının döyüşçüləri bütün bölgəni mühasirəyə alıblar. Hadisə yerinin yaxınlığında yerləşən bir məktəbin ərazisinə bir Amerika helikopterinin endiyi bildirilir.

Müstəqil.Az

Share: