Türkiyə “qırmızı bülleten”lə axtarılan terrorçunu saxladı

İnterpol tərəfindən “qırmızı bülleten”lə axtarılan İŞİD terrorçusu Türkiyənin Hatay əyalətində saxlanılıb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. 

Məlumata görə, terrorçu Suriyadan Türkiyə ərazisinə keçməyə çalışarkən saxlanılıb.


Share: