Türkiyə prezidenti jurnalistlərin suallarını cavablandırıb – VİDEO

Türkiyə prezidenti R.T.Ərdoğan Rusiyadan dönüşü zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

REAL-ın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan “SU-35 və SU-57” təyyarələri ilə bağlı “SU-57 F-35-ə alternativdir?” sualına “Niyə də olmasın, bura elə-belə gəlmədik” cavabını verib.

“Bir də hərkəsin bunu bilməyi vacibdir, biz heç bir zaman öz müstəqil mübarizəmizi başqalarının dodaqları arasındakı hansısa sözün öhdəsinə buraxmarıq.  Biz, müstəqil mübarizəmiz üçün istər təyyarə olsun, müxtəlif müdafiə sistemləri olsun, helikopter olsun, bu günə qədər biz bunların təminatını etdik. Əgər ABŞ bizimlə bağlı qərarını verərsə, ilk olaraq buradakı 8-9 ölkənin hər birinə hər təyyarəyə görə təxminən 8-9 milyon dollar maliyyə yazılır. Bunu da təbii ki, özlərinin düşünməyi lazımdır. Biz hazırda qərarlarını gözləyirik. Onların qərarlarının nə olduğunu öyrəndikdən sonra addım atacağıq.  Yəni, bizim üçün “ Görəsən bu olmasa, nə baş verəcək?” deyə bir şey yoxdur. Hər şey ola bilər. Seçim edə biləcəyimiz bazarlar çoxdur”, deyə Türkiyə prezidenti bildirib.

Türkiyə prezidenti R.T.Ərdoğan ABŞ ilə təhlükəsiz bölgə razılaşmasına dair sualı cavablandırıb.

“Danışıqlardan sonra ən axırda onlar Obamanın dediyi 20 milin xaricində bir təkliflə rəsmilərlə görüşə gəldilər. Yəni dərinliyi daha da daraltdılar. Buna görə də mən Hulusi Paşa və heyətinə dedim ki, “Burda bunu belə etməyinizə gərək yoxdur. Biz bunu başladaq, davam etdirək, sonra da nə lazımdırsa o da olar.” Bundan sonra da addımı atdıq. Hazırda bu müddət hansısa formada işləyir amma biz əlbət də rahatlığa qapılıb, hazırlıqlarımızı bir kənara qoymadıq. Bütün heyət, zirehli texnikalarımız hamısı sərhəddə.  Yəni, hər an hər şeyi edə biləcək vəziyyətdəyik. ABD, İŞİD-lə mübarizə zərurəti ilə terrorçu qruplaşması PYD-YPG ilə qurduğu münasibətlərinə son verməli, bu qruplaşmaya qanuni haqq qazandıracaq və şərait yaradacaq addımlardan qaçmalıdır”.

Türkiyə, Rusiya, İran prezidentləri Ankarada bir araya gələcək

“Bir neçə gün əvvəl bizim nəzarət məntəqələrimizə edilən hücumda bir şəhidimizin olmasının, daha sonra yenə bir hücumun baş verməsi bizi millət olaraq ciddi mənada narahat edir, bunu özünə də dedim. Onun da xüsusi ilə qeyd etdiyi budur “Biz burda dostumuz Türkiyənin və bu nəzarət qüllələrinin əhatəsində xidmət edən Türk əsgərlərinin zərər görməsini istəmirik.” Bərabər fəaliyyətin davam etdirilməsi şərtdir. 12 nəzarət məntəqəmiz İdlibdə çox əhəmiyyətli bir vəzifə icra edir. 16 Sentyabrda Ankarada həyata keçirəcəyimiz Üçlü Zirvədə bu mövzuları da V.Putin və H.Ruhani ilə danışacağıq”.

Bir neçə gün əvvəl 10 yaşlı qızının gözü qarşısında keçmiş həyat yoldaşı tərəfindən öldürülən Əminə Buludun qətlidə təyyarədə müzakirə edilib.

Türkiyə prezidenti bu qətlə bağlı maraqlı açıqlama verib.Qadına şiddət qarşı olduğunu bildirən prezident bu cür cinayətlərdə qatilin edamını dəstəklədiyini deyib.

“Partiyamdakılar da daxil olmaqla mənim fikrim açıq və dəqiqdir. Edamı dəstəkləyirəm. Əgər parlament bu işi müzakirə edər, qərar verərsə, bu qərarı dəstəkləyərəm. Vicdanımın səsinə bu baxımdan inanıram.”

 

Share: