Türkiyə parlamentinin yeni spikeri o ola bilər

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuş ölkə parlamentinin yeni spikeri ola bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Hürriyet” qəzeti yayıb. 

Məlumata görə, seçkilərdən sonra “AK Parti”nin gündəliyində yeni Nazirlər Kabineti və parlamentin spikerinin seçilməsi məsələləri var: “Parlamentin spikeri barədə məsələ artıq demək olar ki, həll edilib. Bu şəxs Numan Kurtulmuş olacaq”.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin (parlament) hazırkı sədri Mustafa Şentopdur.


Share: