Türkiyə ordusu hücuma cəhd edən 13 terrorçunu zərərsizləşdirdi

Suriyanın şimalında “Zeytun budağı” və “Barış bulağı” bölgələrinə hücuma cəhd edən 13 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

“Qəhrəman Mehmetçik Suriyanın şimalında terrorçulara qarşı mübarizəsini effektiv və qətiyyətlə davam etdirir. “Zeytun Budağı” və “Barış bulağı” bölgələrinə hücuma cəhd edən 13 PKK/YPG terrorçusu uğurlu əməliyyatda zərərsizləşdirilib”, – deyə məlumatda qeyd olunur. 

 


Share: