Türkiyə MSK sədri: “Seçkilərdə səslərin 69%-i sayılıb”

Türkiyədə Prezident və 28-ci çağırış Parlament seçkiləri çərçivəsində ölkə daxilində verilən səslərin 71,64%, xaricdə verilənlərin isə 18,76%-i sayılıb.

Oxu.Az xəbər verir ki, bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib.

Ümumilikdə səslərin 69,12%-i hesablanıb. O, səslərin hesablanmasında gecikmə olmadığını vurğulayıb.

Share: