Türkiyə MN Ukraynadan taxıl daşınması ilə bağlı açıqlama yaydı

“Rusiya “taxıl sövdələşməsi”ndə iştirakını dayandırdığı üçün Ukrayna limanlarından ərzaq daşıyan gəmilərin çıxışı dayandırılıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukrayna limanlarından ərzaq daşıyan gəmilərin çıxması həyata keçirilməyəcək”, – məlumatda deyilir.

Eyni zamanda, nazirlik rusiyalı heyətin İstanbuldakı Birgə Koordinasiya Mərkəzində hələ də qaldığını qeyd edib. Bundan əlavə, yaxın iki gündə İstanbulda taxıl daşıyan gəmilərə baxışın davam etdirilməsi planlaşdırılır.

Nazirlikdən verilən məlumata görə, ölkənin müdafiə naziri Hulusi Akar “problemi həll etmək və razılaşmaları uzatmaq üçün” sazişdə iştirak edən ölkələrlə danışıqları davam etdirir. Türkiyə bu mexanizmin işinin davam etdirilməsinə “mənfi təsir göstərəcək hər hansı təxribatdan qaçmağa” çağırıb.


Share: