Türkiyə İŞİD idarəçilərindən birini ələ keçirdi

İŞİD terror təşkilatının yüksək səviyyəli idarəçilərindən olan Bəşər Hattab Qəzal Əl Sumaidainin Türkiyədə ələ keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan ölkələrinə səfərdən dönüşü zamanı jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edilib ki, Türkiyənin Təhlükəsizlik Baş İdarəsi, İstanbul Polis İdarəsi və Milli Kəşfiyyat Təşkikatının başçılığı altında İŞİD terror təşkilatına qarşı keçirilən mühüm əməliyyat nəticəsində ələ keçirilən terrorçu “Əbu Zeyd” və ya “Usta Zeyd” kod adı ilə tanınıb.


Share: