Türkiyə ilk astronavtını kosmosa göndərmək üçün ABŞ şirkəti ilə razılaşdı

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ilk türk astronavtın kosmosa göndərilməsi ilə bağlı “Axiom Space” şirkəti ilə müqavilə imzalandığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, nazir bununla bağlı Tviter hesabında paylaşım edib.

“Cümhuriyyətimizin 100-cü ilində həyata keçirəcəyimiz kosmosa ilk dəfə insan göndərmək vəzifəsi ilə bağlı tarixi müqaviləyə imza atdıq. Seçim prosesi davam edən kosmosa göndəriləcək türk astronavtın təlim və uçuş xidmətlərini “Axiom Space” şirkəti ilə birgə edəcəyik. Milli Kosmos Proqramı ilə xəyallar qürura çevrilir”, – deyə nazir qeyd edib.


Share: