Türkiyə ilə İsrail arasında gərginlik: Ərdoğan icazə vermədi

İsrailə məxsus 3 təyyarə yeni tip koronavirusla mübarizə çərçivəsində tibbi ləvazimat almaq üçün Türkiyəyə gəlib.

Müstəqil.Az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail rəhbərliyinə müraciət edərək “Eyni ləvazimatlardan, eyni miqdarda birbaşa fələstinlilərə göndərmək istəyirik. Buna icazə verin”, – bildirib.
İsrail tərəfi təklifi qəbul etmədiyinə görə təyyarələrin havaya qalxmasına icazə verilməyib.

Məsələ ilə bağlı İsrail mediasında vurğulanıb ki, Türkiyə birbaşa Qəzzaya tibbi ləvazimat göndərmək istəsə də, İsrail rəhbərliyi bunu rədd edib:

“Nəticədə təyyarələr İstanbulda qalıb. İsrail Türkiyədən tibbi ləvazimatlar almaqdan imtina etdi”.

Müstəqil.Az

Share: