“Türkiyə gələcəklə bərabər və uğurla addımlayacaq”

Səlim Babullaoğlu ilə söhbət

 Mayın 24-də Türkiyə Cumhuriyyətinin paytaxtı Ankara şəhərində Türkiyə Cumhurbaşqanlığı İlətişim Başqanlığının təşkilatıçılığı ilə  “Böyük Türkiyə Vizyonu” Paneli keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin  beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, TÜRKSOY Yazarlar Birliyinin sədr müavini Səlim Babullaoğlu təmsil edib.
İlətişim Baş
qanlığının binasında keçirilən panel giriş hissəsi və iki müxtəlif mövzulu müzakirə-oturum masasında gerçəkləşib.

Giriş sözü ilə TÜRKSOY-un Baş Katibi Sultan Rayev, Türk Dövlətləri Təşkilatının Baş Katibi Kubanıçbek Ömüralıyev və Türkiyə Cumhuriyyəti Cumhurbaşqanlığı İlətişim Bqanı professor Fəxrəddin Altun çıxış ediblər.

Panelin “Türk dünyasının 2040 Vizyonu: ortaq gələcək, örtaq ülkü” mövzulu ilk oturumunda  professor Həsən Əli Qarasarın moderatorluğu ilə Cumhurbaşqanlığı Təhlükəsizlik və Xarici Siyasətlər Qurulu üzvü, professot Aygün Əttar, Yedditəpə Universitetinin tarix bölümü başqanı, professor Əhməd Daşağıl, Ərzincan Binəli Yıldırım Universitetinin öyrtətim üyəsi, professor Aynur Noqayeva, TÜRKSOY Sibir uzmanı, doktor Timur Dövlətov çıxış ediblər.

NTV kanalı xarici əlaqələr və xəbərlər koordinatoru Əhməd Yaşıltəpənin moderatorluğu ilə gerçəkləşən “Ortaq gəlcəyin inşasında qədim keçmişin mədəni mirası” adlı ikinci oturumda  Qırğızıstan Balasaquni Universitetinin müəllimi prfessor, doktor Tınçıbek Çorotəkin, Ankara Hacı Bayram Vəli Universitetinin dekanı, porfessor Fırat Purtaş, Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi, prfessor Hülya Kasapoğlu və Səlim Babullaoğlu çıxışılar edib, auditoriyanın suallarını cavablandırıblar.

Açıklama yok.

Açıklama yok.

Səlim Babullaoğlu ilə tədbir və təəssüratları ilə bağlı söhbətləşdik.

-Səlim bəy, “Böyük Türkiyə Vizyonu” tədbirinin məqsədi və əhəmiyyəti bir az ətraflı danışın zəhmət olmasa…

– Tədbiri, Türkiyə mediasından artıq  bildiyiniz kimi Türkiyə Cumhurbaşqanlığı İlətişim Başqanlığı təşkil etmişdi və məqsədi türk dünyası elm, təhsil, mədəniyyət xadimlərinin, belə deyək intellektualların Türkiyənin gələcək obrazını necə təsəvvür və arzu etmələri barədə fikir mübadiləsi aparmaq, rəy almaq, təklifləri eşitmək idi. Əhəmiyyəti də yəqin məqsəd müəyyənləşdirir.

Açıklama yok.

-Necə oldu sizi dəvət etdilər?

-Peterburqda idim. İİlətişim Başqanlığından zəng etdilər və belə…

-Böyük Türkiyənin vizyonu sizə görə necədir və çıxışınızda hansı məsələlərə toxundunuz?

Açıklama yok.

-Təkcə Türkiyənin deyil, gələcəkdə var olmaq istəyən istənilən dövlətin, xüsusən böyük olmaq istəyən dövlətin və cəmiyyətin obrazını əlbəttə ilk növbədə elm və texnologiyaya necə sahib olması və onu necə tətdiq etməsi müəyyənləşdirəcək. Həm də əlbəttə bunun hesbına qurulan və daim inkişaf etdirilən ordu, silahlı qüvvələr. Türkiyə bu mənada çox şanslıdır və hər nə qədər Avropa tərəfindən gözardı edilməyə çalışılsa da  G7 dövlətləri qədər şanslıdır, potensialı var və inAllah ki, belə də olacaq. Türkiyə gələcəklə bərabər və uğurla addımlayacaq. Fikrimcə, böyük Türkiyə vizyonu eyni zamanda böyük türk vizyonu, başqa cürə desək, obrazı demək olacaq.Bu fikirləri mən orda da səsləndirdim.

Açıklama yok.

– Sizin çıxışınızın mövzusu elm və texnologiya barəsində idi?

-Yox, çıxışımın əsas 3 xətti vardı. Əvvəla, “ortaq ədəbi köklərimiz” məsələsi, “ədəbi miras siyasi birliyin əsası” postulatı, bir də “gələcəyə nece getməliyik” məqamı. Mən ədəbiyatçıyam. Mənə görə böyük Türkiyənin də, türk birliyinin də gələcəyi ümumi dil, ədəbiyyat və mədəniyyət məkanın formalaşmasından keçəcək. Başq cür mümkün olmayacaq. Bu haqda danışdım.
Bəzi məsələləri də dedim, konkret məsələləri. Tutalım, bilirik ki, Türkiyədə mətbuat da, nəşriyyatlar da siyasi ideolojilərə görə bölünüblər: sollar, sağlar, milliyətçilər, mərkəzçilər və sairə. Amma birpartiyalı siyasi sistemlərdə mövcud olmuş türk dövlətlərində belə olmayıb. Hər ikisinin özünəməxsus pozitiv və neqativləri var mənə görə. Məsələn, mən təklif etdim ki, türk dövlətləri ədəbiyyatlarını yalnız estetik ədəbi-mədəni meyarlara söykənərək zamanında bir məcrada göstərə bilən ümumtürk ədəbiyyatı dərgisi, platforması yaradılsın, təsəvvür edin o platformada ayda 2 dəfə niyə bilgi almayasan ki, Qırğızıstanda hansı maraqlı kitablar nəşr olunub, yaxud Kiprdə hansı ədəbiyyat hadisəsi baş verib? Deyək ki, niyə türk coğrafiyasının “The New York Review of Books” kimi dərgisi, “Penguin” kimi nəşriyyatı olmasın. Əlbəttə bu platformalar çox əsaslı, çox peşəkar meyarlarla və siyasi konyukturadan məsafədə dayanaraq işləməlidir. Başqa cür olacaqsa, əlbəttə ki, effekt olmayacaq, növbəti iş xətrinə iş meydana gələcək. Ədəbiyyatçıyam deyə ola bilsin sadəlöhv bir inancım var ki, ədəbiyyat həyata təsir edə bilər. Ona görə bu şeylərdən danışdım.  Danışdım deyəndə ki, mən əslində çıxışımı yazmışdım. Amma, mətndən kənara çıxır, improzvizələr edir, bəzən konkret misallar çəkirdim, “Ədəbiyyat qəzeti” əsas mətni yəqin ki, çap edəcək. Bir də suallar olurdu. 

– Ankaranı necə gördünüz? Hansı təəssüratlarınız var?

 – Ankara mənim xoşladığım şəhərdir. İstanbul gözəldir, amma mənə görə yorucudur. Təəssürütlarım bu şəhərlə bağlı həmişə xoş olub. Odur ki, belə…

Açıklama yok.

– Hansısa fərdi görüşlər oldumu, yaxud çıxışınız ətrafında müzakirə baş tutdumu?

 -Yox, xüsusi müzakirə olmadı, bəzi suallar oldu, onları cavablandırdım. Bir də tədbirdən sonra həmkarlarla yemək zamanı bəzi mübadilələr etdik. Amma iki xoş hadisə oldu. Tədbirin sonunda Ankarada polis akademiyasında təhsil alan Azərbaycanlı tələbələr mənə yaxınlaşdılar, söhbət etdik, şəkil çəkdirdik. Hamısı simaca çox təmiz, üz-gözlərindən ağıl yağan, mədəni, fiziki cəhətdən sağlam gənclər idi. Bu qısa görüş olduqca xoş təsir bağışladı.
Bir də günün sonunda Ankaranın mərkəzi Qızılay səmtində, “Dost” kitab evinin yaxınlığlnda əski iş yoldaşım, jurnalist, publisist Elnur Paşa və indi Ankarada akademik elmi təhsil alan, “manera.az” saytının rəhbəri Şəhla Aslanla görüşdük, xeyli söhbətlər etdik. Hər iki dostumuzu çoxdandır görmürdüm, olduqca xoş və əsasən də ədəbiyyat söhbətləri elədik.Bu görüşlər yaddaqalan oldu mənim üçün. Həmişəlik.

 

Açıklama yok. -Belə demək olarsa, səfər uğurlu olub.

 -Bəli, qısa, amma dolu və uğurlu. Ümumiyyətlə tədbir çox yaxşı təşkil olunmuşdu. Mən İlətişim Başqanlığının,  bütün rəhbərliyinə, İlətişim Başqanı hörmətli Fəxrəddin Altuna,ayrıca olaraq isə tədbir öncəsi və tədbir zamanı başqanlığın mənimlə birbaşa ilgilənən, xüsusi diqqət göstərən əməkdaşları xanım Sərap Özdərə, xanım Mərvə  Dəmirə və xanım Arzu Varola dərin təşəkkür etmək istəyirəm. Həm onların simasında, həm də tədbir zamanı opponentlərim olmuş elm adamlarının simasında hesab edirəm ki, yaxşı dostlar qazandım. Hə, bir də çox sevdiyim “Dost” kitab evinin hesabına kitabxanamı zənginləşdirdim ki, bu da həmişə ən böyük sevinclərimdən biri olub.

-Müsahibə üçün təşəkkür edirik.

-Siz sağ olun.

Söhbətləşdi Faiq Balabəyli

 

 

Share: