Türkiyə bu ölkələrin nazirlərinin görüşünü təşkil etmək istəyir

Türkiyə Rusiya və Almaniyanın energetika nazirləri arasında görüş təşkil etmək istəyir.

“Qafqazinfo” “Aydınlık” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı İstanbul İqtisadi Sammitinin İcraiyyə komitəsinin sədri Abdullah Değer açıqlayıb. 

Onun sözlərinə görə, Türkiyə tərəfi sammit çərçivəsində iki ölkənin nazirləri arasında görüş təşkil etməyi planlaşdırır: “Bu, Türkiyə və İstanbul İqtisadi Sammiti üçün böyük uğur olacaq. Mən bunu onlara təklif etmişəm”.

Sözügedən sammit isə dekabrın 8-9-u baş tutacaq.


Share: