“Türkiyə Azərbaycana görə 30 ildir bizimlə sərhədləri bağlayıb” – Paşinyan Türkiyə ilə əlaqələrin bərpasını arzulayır

Ermənistan baş naziri Nikol Paşinyan ilkin şərtlər irəli sürmədən Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduqlarını bildirib.

Müstəqil.Az Avropa.info-ya istinadən  xəbər verir ki, o bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibə sində deyib.

“Daha əvvəl səsləndirmişik və bir daha təkrarlayıram: Türkiyə ilə heç bir ilkin şərt qoymadan diplomatik münasibətlər yaratmağa hazırıq. “Erməni soyqırımı”nın beynəlxalq arenada tanınmasını Ankara ilə münasibətlərin ilkin şərti kimi görmürük” – Paşinyan belə deyib.

Paşinyan ABŞ Konqresi Nümayəndələr Palatasının 1915-ci il hadisələrinin “soyqırım” kimi tanımasını vacib adım olduğunu deyib.

“Bu cür qərarlar regionumuzdakı atmosferi dəyişdirir. Türkiyə sərhədimizi Azərbaycana görə 30 ildir bağlıyıb.” – Paşinyan belə deyib.

Müstəqil.Az

Share: