Türkiyə 36 Əsəd tərəfdarını vurub – İddia

Türkiyə Hərbi-Hava Qüvvələrinin Suriyanın Afrin şəhəri yaxınlığında təşkil etdiyi hücumlar nəticəsində 36 Əsəd tərəfdarı həlak olub.

Müstəqil.Az  xəbər verir ki, bu iddia ilə İspaniyanın rəsmi xəbər agentliyi EFE çıxış edib. Agentlik həmçinin ölənlərin sayının artma ehtimalı olduğunu yazıb.

Qeyd edək ki, bundan öncə də Türkiyə ordusunun Afrinə hava hücumları nəticəsində Əsəd tərəfdarlarından 17-nin öldüyü bildirilmişdi.

Büllurə

Share: