Türk şair Nilüfer Açılan Yıldızın Xocalıdan bəhs edən “AYBENİZ” adlı kitabı haqqında… – Esmira Günəş

“Xocalıdan bəhs edən “AYBENİZ” kitabı”

Türk şairlərindən Nilüfer Açılan Yıldızla ilk tanışlığımız Türkiyənin Didim ilçesində onun Xocalı soyqırımına həsr olunmuş “Aybəniz” kitabının təqdimatında olmuşdu.

Daxilən çox həssas, duyğulu olan bu xanım soydaşlarımızın dilindən Xocalı faciəsini eşidəndə, oradakı səhnələri göz önünə gətirmiş, günlərlə günahsız insanların fəryadı qulaqlarından getməmiş, sonda hiss etdiklərini, onu daxilən parçalayan bu fəryadı şeirlərə tökərək kitab halına salmağa qərar vermişdir. Kitabdakı şeirləri oxuyarkən şairin üsyanını, ürək ağrılarını duymamaq mümkün deyil. Bəlkə də yazılan şeirlərdə mürəkkəb əvəzinə göz yaşından istifadə edən şair düşmənə nifrətini bundan gözəl şəkildə ifadə edə bilməzdi.

 

Kül bir elinde,

Bir elinde köz.

Bir kerede öl,

Bir daha ölmezsin sana söz,

Sonra der güllerini dünyanın.

Ver çiçekçi çocuklara, geri dön

Sıfıra geldiğinde beşikten in

Eşikten geç

Zeytin ağacının altındayım…

 

“Bir əlində kül, bir əlində köz, bir dəfə öl”- deyən şair elə sözləri ilə nə qədər mərd olduğunu bir daha ifadə edir.

“Dər güllərini dünyanın, ver uşaqlara, geri dön” misrasında isə şairin ümidinin tükənmədiyi açıq-aydın hiss olunur.

Şairə ilə söhbətimizdə qeyd etmişdi ki, -“Ben “Aybeniz”de Hocalını yazdım. Biz iki kardeş devletik, acınız acımız, acımız acınızdır. Türk halkı olaraq yaşadıklarınıza çok üzülüyoruz. Umarım bir gün Hocalının kurtuluşunu hep birlikde güzel anılarla yazarız.”

Bu kəlmələri Xocalı faciəsini görməsə də ürəyində yaşayan türk şairəsindən eşitmək bir azərbaycanlı kimi məni çox duyğulandırmışdı.

Mən çox istəyərdim ki, Nilüfer Açılan Yıldızın “Aybəniz” kitabı bizim kitabxanalarımızda da oxuculara təqdim olunsun. Onlar da şairin yaradıcılığı ilə tanış olsunlar. Son olaraq Nilufər xanıma belə bir təşəbbüsü üçün dərin təşəkkürümü bildirirəm.

Hörmətlə: Türkiyə Yeddi bölge Şair Yazar ve Ozanlar dərnəyinin Azərbaycan təmsilcisi –

Esmira Günəş

Müstəqil.Az

Share: