“Türk Hava Yolları”nın təyyarəsi qəza enişi etdi

“Türk Hava Yolları” aviaşirkətinin təyyarəsi Sofiya şəhərinin aeroportunda qəza enişi edib.

Müstəqil.Az  xəbər verir ki, Brüssel – İstanbul reysini yerinə yetirən “Airbus 321” təyyarəsi mühərriklərdən birində baş verən nasazlığa görə enib.

Hadisə nəticəsində xəsarət alan olmayıb, təyyarənin endiyi zaman hava limanında digər reyslərin qəbulu və yaxud göndərilməsi həyata keçirilməyib.

Share: