Türk hərbçiləri Ermənistanda… – Təcili

ATƏT-in iştirakı ilə 2011-ci ildə imzalanmış Vyana anlaşması çərçivəsində türk hərbi mütəxəssisləri bu gündən etibarən Ermənistan ərazilərində təftişə başlayacaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, Türkiyədən olan müfəttişlər müfəttişlər qrupu 1-4 aprel tarixlərində Ermənistanın bəlli ərazilərində təftiş missiyasını həyata keçirəcək.

2011-ci ildə imzalanmış Vyana anlaşması ATƏT-ə üzv ölkələr arasında hərbi qüvvələr, müdafiə büdcəsi və müdafiə planları məsələlərində məlumat mübadiləsini ehtiva edir.

 

Müstəqil.Az

Share: